Medianews.az
Rüstəm İbrahimbəyov sədr seçildi
136 baxış

Rüstəm İbrahimbəyov sədr seçildi

Milli Şuranın bu gün keçirilən iclasında Müsavat Partiyasının başqanı İsa Qəmbər quruma namizəd irəli sürüb. 

İ. Qəmbər Rüstəm İbrahimbəyovun Milli Şuraya sədr seçilməsi təşəbbüsü ilə çıxış edib. 

Müsavat Başqanı qeyd edib ki, bir neçə birlik təşəbbüsləri olub. Amma bunların icində ən cazibədarı Milli Şura ideyası olub: “Rüstəm müəllim bildirib ki, bu ayın sonunda vətənə dönəcək. Bizim onu Milli Şuranın sədri seçməyimiz ona beynəlxalq görüşlərdə əlavə imkanlar yaradacaq”.

İclasda çıxış edən ACP sədri Sülhəddin Əkbər isə qeyd edib ki, bu gün əsas vəzifə avtoratizmdən demokratiyaya keçidi təmin etməkdir: “Bizim üç əsas vəzifəmiz var. Onlardan ən əsası xalqın dəstəyini almaqdır. İkinci isə hakimiyyətin özünün içindən və beynəlxalq biliikdən dəstək almaqdır. Bütün fikir ayrılıqlarına rəğmən bir aradayıq. Ola bilər ki hər hansı sənəddə mübahisəli məsələlər olsun. Bu aydın məəslədir. Hamı hər şeyi yazıldığı kimi qəbul edə bilməz. Amma bütün bunlara rəgmən əsas olan bir araya gəlməkdir”.

İclasda Rüstəm İbrahimbəyovun Milli Şuraya sədr seçilməsi səsverməyə çıxarılıb. Səs çoxluğu ilə o qurumun sədri seçilib.

Bizə qoşulun