Medianews.az
Hakım şikayətinə baxdığı qadına vuruldu,öz başına oyun açdı
198 baxış

Hakım şikayətinə baxdığı qadına vuruldu,öz başına oyun açdı

 

Amerikanın Miçiqan ştatının tanınmış hakimi Ueyd Makkrinin adı seksual qalmaqalda hallanır. Belə ki, aliment davası üzündən şıkayətinə baxdığı qadın ondan hamilə qaldığını açıqlayıb. Nüfuzdan düşən və biabır olan hakim indi  aliment ödəmək məcburiyyətindədir. Əks təqdirdə işdən qovulacaq.

Teleqraf.com-un xəbərinə görə, hazırda  Miçiqan İntizam Komissiyası 56 yaşlı vilayət hakimi özünü ləyaqətsiz aparmaqda, eləcə də  səlahiyyətindən sui-istifadə etməkdə ittiham edir. 

Makkri özü də dul qadınla eşq macərası yaşadığını boynuna alıb. Amma doğulacaq uşağın ondan olduğunu düşünmədiyini deyib.

Hazırda müvəqqəti olaraq tutduğu görəvdən uzaqlaşdırılan hakimin başına bəla olan qadın 30 yaşlı Janiey Laşen Mottdur. O, 2012-ci ildə məhkəməyə müraciət edərək keçmiş ərinin ona ödəmədiyi pulları almaq istəyib. Hakimin sözlərinə görə, diqqətçəkən, cəlbedici və ondan yaşca çox gənc qadın onda ilk baxışdan ehtiras yaradıb. Məhkəmə iclası qurtarandan sonra onlar zalda bir yerdə qalıblar və danışacaq bir xeyli ortaq mövzu tapıblar. Hakim onu da deyib ki, həmin ərəfədə anasını və bacısını itirdiyindən özünü çox yalnız hiss edir. Bu üzdən də onun kiminləsə dərdləşməyə çox ehtiyacı varmış. Bu və ya digər səbəbdən ehtiraslı və səbatsız münasibətləri onları çox uzağa aparıb.

Jenien Mott isə hakimin dediklərinin tam əksi olaraq bildirir ki, aralarındakı eşq romanı yüngül flitr kimi başlasa da, sonradan ciddiləşib. Onlar ailə qurmaq, uşaq sahibi olmağı düşünüblər. Təbii ki, bununçün öncə Makkri qanuni arvadı ilə ayrılmalıymış. Bununla yanaşı, Mott onu hər şeyi arvadına danışacağı ilə də hədələyib.

 Əgər deyilənlər sübuta yetirilsə, hakimi sərt töhmət və işindən uzaqlaşdırma cəzası gözləyir.

 

 

Bizə qoşulun