Medianews.az
 Cəlilabadda dəhşətli qətl hadisəsi baş verib.
608 baxış

Cəlilabadda dəhşətli qətl hadisəsi baş verib.

Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə Cəlilabad şəhəri, 20 Yanvar küçəsi, 63 ünvanında yaşayan, 1978-ci il təvəllüdlü Məzahir Səmədağa oğlu Quliyevə məxsus fərdi yaşayış evində qeydə alınıb.

Həmin  ünvanında yaşayan 1985-ci il təvəllüdlü Nahidə Mirzəbala qızı Quliyeva, onun iki azyaşlı qızı - 2009-cu il təvəllüdlü Mədinə Məzahir qızı Quliyeva və 2011-ci il təvəllüdlü Nuray Məzahir qızı Quliyeva  iti alətlə boğaz nahiyələrindən xəsarət yetirilməklə öldürülüblər. Qətldən sonra ev yandırılıb.

 Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin səyləri nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 144 kv.m olan 3 otaqlı evin 1 otağı içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yararsız hala düşüb.

 Qoşular və yanğınsöndürənlər Nahidə Quliyeva və Nuray Quliyevanın meyitlərini evdən çıxara bilsələr də, Mədinənin meyiti yanaraq tanınmaz vəziyyətə düşüb. 

 Qeyd edək ki, N. Quliyevanın həyat yoldaşı, 1978-ci il təvəllüdlü Məzahir Səmədağa oğlu Quliyev internet-kafe işlədir və hadisə baş verən vaxt işdə olub.

 Cəlilabad Rayon Prokurorluğundan  verilən məlumata görə, hadisənin Cəlilabad şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsal Mirzəkişi oğlu Quliyev tərəfindən törədildiyi müəyyən olunub. V. Quliyevin qətli Nahidə Quliyeva ilə aralarında olan şəxsi münaqişə zəminində çoxsaylı zərbələri ilə törətdiyi bildirilir.

 Rayon Polis Şöbəsinin  məlumatına görə, hadisəni törətməkdə təqsirli bilinən Cəlilabad şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsal Mirzəkişi oğlu Quliyev hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıb.

 Tutulan şəxsin Nahidə Quliyevanın həyat yoldaşı Məzahir Quliyevin bacısının əri olduğu bildirilir. 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (qətl) maddəsi ilə cinayət işi başlanıb. 

 

Bizə qoşulun