Bu gecə Bakının Sabunçu rayonunda toyda dava ölümlə nəticələnib. Rayon Polis İdarəsinin 12-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Ramana qəsəbəsində toyda içən şəxslər arasında mübahisə yaranıb. Mübahisə zamanı sərxoş bir nəfər 23 yaşlı Əjdər Zahid oğlu Həsənovu qarnından bıçaqlayıb. Ağır yaralanan Ə.Həsənov səxtəxanaya gətirilərkən yolda ölüb.
Hadisəni törədən şəxs isə qaçaraq polisdən gizlənib. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.