Medianews.az
“Qalatasaray” və “Fənərbağça”nın rəqibləri bu gün məlum olacaq
200 baxış

“Qalatasaray” və “Fənərbağça”nın rəqibləri bu gün məlum olacaq


Bu gün İsveçrənin Nion şəhərində UEFA Çempionlar Liqası və Avropa Liqasının püşkü atılacaq. ANS PRESS-in məlumatına görə, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.

Çempionlar Liqası: Kuboka “Qalatasaray” və daha yeddi klub iddia edir

Çempionlar Liqasının ¼ final mərhələsinin püşkatmasının nəticələrini beş ölkənin səkkiz klubu (“Barselona”, “Real”, “Malaqa” (İspaniya), “Bavariya”, “Borrusiya” (Almaniya), “Qalatasaray” (Türkiyə), “Yuventus” (İtaliya), “Pari Sen-Jermen” (Fransa)) səbirsizliklə gözləyir. Bu mərhələnin debütantı çərşənbə günü “Porto”nu turnirdən kənarlaşdıran “Malaqa”dır. İspaniya güclülərin “səkkizliy”ində üç komanda ilə təmsil olunur. Sonuncu dəfə bir ölkənin üç komandası ¼ finala 2010-2011-ci il mövsümündə çıxmışdı. O vaxt üç İngiltərə klubu 1/8 final mərhələsində uğur qazanmışdı.

¼ final mərhələsində eyni ölkədən olan komandalar qarşılaşa bilərlər. Yəni, Çempionlar Liqasında da “Barselona”-“Real” qarşıdurmasının şihidi olmağımız mümkündür. Yarımfinala vəsiqə uğrunda ilk oyundar aprelin 2-3-ündə, cavab oyunları isə bir həftə sonra keçiriləcək. Yarımfinalın püşkü aprelin 12-də atılacaq. Bu mərhələnin ilk oyunları aprelin 23-24-ünə, cavab qarşılaşmaları isə bir həftə sonraya təyin edilib. Avropanın ən nüfuzlu klub turnirinin finalı mayın 25-də Londonun “Uembli” arenasında keçiriləcək.

Azərbaycanda da milyonlarla azarkeşi olan “Qalatasaray” sonuncu dəfə Çempionlar Liqasının ¼ final mərhələsində 2000-2001-ci il mövsümündə iştirak edib və iki oyunun nəticəsinə görə “Real”a 3:5 hesabı ilə məğlub olub. Türkiyə klubunun ¼ final mərhələsinədək göstəricilərini və hazırkı rəqibləri ilə oyunlarının statistikasını təqdim edirik:

Bu mövsümdəki oyunlarının statistikası: qələbə-4, heç-heçə 2, məğlubiyyət-2, vurulan qollar-11, buraxılan qollar-9. Bombardir: Burak Yılmaz (8 qol).

Rəqiblərlə qarşılaşmalar:

“Real”: Q2 H0 M1 VQ5 BQ6
“Yuventus”: Q1 H2 M1 VQ6 BQ5
“Barselona”: Q1 H2 M5 VQ6 BQ14
“Borussiya”: Q1 H1 M2 VQ3 BQ5
PSJ: Q2 H0 M2 VQ5 BQ8
“Bavariya”: Q0 H1 M1 VQ1 BQ7
“Malaqa”: qarşılaşmayıb.

Avropa Liqası: “Fənərbağça”nın mümkün rəqibləri

UEFA Çempionlar Liqasının püşkatma mərasimi bitdikdən dərhal sonra - Bakı vaxtı ilə saat 15.40-da Avropa Liqasının püşkü atılacaq. Azərbaycanda da böyük azarkeş ordusu olan “Fənərbağça”nın mümün rəqibləri bunlardır: “Bazel” (İsveçrə), “Rubin” (Rusiya), “Tottenhem” (İngiltərə), “Benfika” (Portuqaliya), “Nyukasl” (İngiltərə), “Latsio” (İtaliya), “Çelsi” (İngiltərə).


¼ finalda eyni ölkələrdən olan klublar bir-birilərinə rəqib ola bilərlər. Yəni, İngiltərə klubları arasında qarşılaşmanı Avropa Liqasında da izləyəmiz mümkündür. İlk qarşılaşmalar  aprelin 4-də, cavab oyunları isə bir həftə sonra keçiriləcək. Avropa Liqasının final oyunu mayın 15-də “Amsterdam Arena”da baş tutacaq.

Bizə qoşulun