Azərbaycan prezidenti İlham Əliyev martın 11-12-də Xorvatiyada rəsmi səfərdə olacaq. APA-nın Xorvatiya prezidentinin saytına istinadən xəbərinə görə, səfər çərçivəsində Azərbaycan prezidenti xorvatiyalı həmkarı İvo Yosipoviç, parlamentin sədri Yosip Leko, baş nazir Zoran Milanoviç və yerli sahibkarlarla görüşəcək.
Görüşlər zamanı ikitərəfli əlaqələrin gələcək inkişafı, o cümlədən Xorvatiyanın Avropa Birliyinə üzvlüyü, iqtisadiyyat, mədəniyyət, elm və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.
Səfər zamanı Azərbaycan prezidentini xarici işlər, iqtisadi inkişaf, mədəniyyət və turizm nazirləri müşayiət edəcək.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.