“Müntəzəm olaraq kabab istehlakı pankreatit tutmasının qarşısını almağa kömək edəcək”
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu qastroenteroloq Nikita Xarlov deyib.
Mütəxəssis bildirib ki, may bayramları zamanı insanlar tez-tez həyati təhlükəsi olan vəziyyətlə – pankreatit tutması ilə üzləşə bilərlər.
Xarlov bildirib ki, insanlar gündəlik qida rasionuna yağlı ət, o cümlədən kabab daxil edərsə, pankreatit tutmaları daha az müşahidə olunacaq.
“Öd kisəsi və mədəaltı vəzinin işi sadəcə yağları həzm etməkdir. Gündəlik həyatda bunu etmədikdə, o, tədricən mövqeyini itirir və rahatlaşır. Ona görə də bayram bu baxımdan xüsusi sınaq olur”, – deyə həkim izah edib.
Medianews.az