2021-ci ildə Perm Universitetində atışma törədən 22 yaşlı Timur Bekmansurov ömürlük həbs cəzasına yenidən baxılmasına çalışıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hökm qüvvədə saxlanılıb.
Atışma zamanı 6 nəfər həlak olub. Onların əksəriyyəti gənc tələbələrdir.
Məhkumu kiçik leytenant Konstantin Kalinin tərəfindən zərərsizləşdirilib. Buna görə o, “Şücaət” ordeni ilə təltif edilib. Həbs zamanı məhkum yaralanıb, xəstəxanada ayağı amputasiya edilib.
Məhkəmədə o, şəxs cəzanı yüngülləşdirən hal kimi yenidən müayinə və şəxsiyyət pozuntusunun əlavə edilməsini istəyib. Bekmansurov hesab edir ki, o, psixi pozğunluğunun təsiri altında insanları öldürüb.
Medianews.az