Türkiyənin tanınmış jurnalisti Enver Aysever azadlığa buraxılıb.
Medianews.az xəbər verir ki, bu gün keçirilən məhkəmə iclasında onun azadlığa buraxılması barədə qərar qəbul edilib.
E.Ayseverin sosial media yayımında səsləndirdiyi “Sağçılıq cinayətdir. Sağçı olduğunuz zaman əxlaqsız olursunuz, yaxud əxlaqınız əxlaqsızlığa çevrilir” ifadələrindən sonra ona qarşı “xalqı kin və düşmənçiliyə təhrik və ya alçaltma” maddəsi ilə istintaq başladılmışdı.
O, 2025-ci ilin dekabrın 11-də saxlanılaraq həbs edilmişdi.