Medianews.az
ONU öldürə bilərlər! –
98 baxış

ONU öldürə bilərlər! – Bakıya o cəsarətli ÇAĞIRIŞ...

Bu ilin yanvarında Bakının humanistlik göstərib səhhətinə görə Ermənistana təhvil verdiyi Vaqif Xaçaturyan Masisdə digər hərbi cani Robert Köçəryanla görüşüb. Bir cəllad o birinin əlini sıxıb. Necə deyərlər, “su axar çuxurunu tapar”.

Bu görüş Xocalı canisi və dəstəsinin qarşıdakı parlament seçkiləri ilə bağlı təbliğat kampaniyasının xırda elementi kimi görünə bilər. Ancaq bir çox hallarda acı həqiqət məhz detallarda gizlənir...

Sirr deyil ki, radikal-revanşistlər 7 iyun seçkilərinə hakimiyyətə qayıdış üçün son fürsət, yaxud siyasi reabilitasiya şansı kimi baxırlar. Söhbət Azərbaycan və Türkiyə ilə köhnə konfrontasiya kursuna geri dönməkdın, ölkəni təzədən Moskvanın hüquqsuz vassalına çevirib təzədən Kremlin təlimatlarına əsaslanan kursa keçməkdən gedir.

Başqa sözlə, əsas hədəf – Bakı və İrəvan arasında sülh prosesində əldə olunan bütün uğurların üstündən xətt çəkib danışıqları tamamən Kremlin patronajlığı altına qaytarmaqdır. Bu patronajlığın iki qonşu xalqa hələ SSRİ dönəmindən hansı müsibətlər gətirdiyini bilə-bilə.

Dəfələrlə yazmışıq, Moskva Azərbaycan və Ermənistanın barışıq içində dinc-yanaşı mövcudluğunu istəsəydi, elə sovet dönəmində “Dağlıq Qarabağ problemini” ədalətli şəkildə yoluna qoyardı, nəinki zaman-zaman aranı qızışdırar, “ocağa benzin” tökərdi...

Ancaq dərd burasındadır ki, Köçəryan öz dağıdıcı missiyasında tək deyil. Rusiyanın “desantı”, hazırda ev dustaqlığında olan milyarder Samvel Karapetyna da onunla eyni yolun yolçusu, eyni təhlükəli və xəstə əqidənin daşıyıcısıdır.

Seçkilərə ayrı-ayrı bloklarda getsələr də, onların strateji məramları ortaqdır: qulağa xoş gələn vədlərlə seçiciləri çaşdırıb və Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırıb, ölkədə Rusiyanın maraqlarına cavab verən korrupsioner-xunta rejimini bir qədər fərqli dizaynda “diriltmək”.

Bunu hamıdan yaxşı gərək ki, erməni əhalisi bilsin. Bilməyə borclu. Nədən ki, bu adi seçki olmayacaq, olum-ölüm dilemması olacaq. Budəfəki yanlış bütövlükdə Ermənistan adlı simvolik dövlətin sonunu gətirə bilər. Təəssüf ki, 7 iyundan sonranı görmək qabiliyyətində olmayan haylar az deyil.

Seçkilərə 40 gün qalmış mövqeyi bilinməyən laqeyd zümrə də var. Şübhəsiz, seçkilərin nəticələrinə həmin təbəqənin də əhəmiyyətli təsiri olacaq – səsverməyə qatılsa da, qatılmasa da. Belə bir deyim də var: “Siyasətlə məşğul olmasan, siyasət səninlə məşğul olacaq”. Və ya öz taleyini özün həll eləmək istəməsən, sənin yerinə bunu başqaları, müharibə tərəfdarları edəcək...

Ancaq yaxşı ki, bloger Natali Aleksanyan qismində praqmatik, çörəyi qulağına yeyən ermənilər də var. Hansı ki, Köçəryan-Xaçatryan görüşünə sərt reaksiya verib. Çünki ki, bu iki əclafın təmasının zavallı erməni xalqına yaxşı heç nə verməyəcəyini bilir.

“Vaqif Xaçaturyan Azərbaycanın, ümumiyyətlə, buraxmamalı olduğu bir əclafdır. Nikol Paşinyanın sayəsində o, Ermənistandadır və Robert Koçaryanla əl sıxır. Azərbaycan dövlətinə müraciət edirəm: xahiş edirəm, qalanlarını buraxmayın. Onlar Ermənistanın düşmənləridir!”, - deyə revanşistləri vaxtaşırı rüsvay və faş edən, səmimi şəkildə iki xalqın barışığına çalışan bloger müraciətində qeyd edib.

Razılaşmamaq mümkünsüz. Bu məxluqlara nəinki azadlıq, udduqları hava da haramdır. Gerçəkdən, ermənilərin ən böyük düşməni özləridir. Özlərinə daima ağa axtarmaları, başqalarının əlində həmişə maşa olmaq xislətləridir. Toplum olaraq bu əcaib məfkurədən, Türkə nifrətdən və axmaq miflərdən qurtulmasalar, 29.7 min kv km-lik Ermənistanı da itirəcəklər...

Aleksanyanın Bakıya çağırışına gəlincə, açığı, belə cəsarətli mövqeyi ona baha başa gələ bilər. Unutmayaq, Ermənistanın xarici siyasəti son illər müsbətə doğru qismən dəyişsə də, mahiyyət etibarilə o, terror dövləti olaraq qalır. Ərazisi terrorçu-başkəsənlərin (tayqulaq Andranik, Qaregin Njde və s.) ziyarət yerinə çevrilmiş heykəl-kompleksləri ilə dolu.

Onlardan biri və sonuncusu elə Paşinyanın dönəmində - 2023-cü ilin aprelində, İrəvanda ucaldılıb. “Nemesiz” kompleksi adlanır. Hələ biz terror yuvası olan erməni kilsəsini və əli çox yerə çatan, faşist təmayüllü erməni lobbisinin imkanlarını demirik...

Zahid SƏFƏROĞLU

Bizə qoşulun