NATO 2026-cı ilin ortalarınadək pilotsuz uçuş aparatlarını (PUA) alyansın Şərq cinahında yerləşən qüvvələrinə tam inteqrasiya etməyi planlaşdırır.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, NATO-nun Transformasiya Komandanlığının nümayəndəsi, general-mayor Konstantin-Adrian Çolponya bildirib:
“Dronların inteqrasiyasına alternativ yoxdur. İlk nəticələri 2026-cı ilin iyulunda Ankarada keçiriləcək sammitdə təqdim edəcəyik.”
O vurğulayıb ki, gələn ildən etibarən alyansa üzv ölkələr PUA-ların və onlara qarşı müdafiə sistemlərinin aktiv sınaqlarına başlayacaq.