Medianews.az
Yeni ilə stresssiz başlamağın
48 baxış

Yeni ilə stresssiz başlamağın YOLU

Nevroloq Viktor Koss bayramlardan əvvəl stressi necə azaltmaq və yeni ilə stresssiz başlamaq barədə danışıb.

Medianews.az xəbər verir ki, ilk növbədə, Koss stressi azaltmaq üçün yatmazdan əvvəl sürətli gəzinti etməyi tövsiyə edib.

Nevroloq deyib ki, biz təmiz havada 20-30 dəqiqə gəzsək, bu, beynin ritmini normallaşdırır və onu sakit edir. Bunun sayəsində evə qayıtdıqda daha yaxşı yuxuya gedirik, daha dərin yatırıq və daha yaxşı istirahət edirik.

Həkim əlavə edib ki, üzgüçülük və yüngül dartınma hərəkətləri stress səviyyəsini azaltmağa, yuxunu yaxşılaşdırmağa və bədənin tonusunu qorumağa da kömək edir.

Koss qeyd edib ki, fiziki fəaliyyət növünü seçərkən sağlamlığınızı nəzərə almaq və düzgün növünü seçmək vacibdir. Həkim hər hansı aktiv idman növünə başlamazdan əvvəl tibbi müayinədən keçməyi tövsiyə edib. Onun sözlərinə görə, bu, təhlükəsiz idman növünü seçməyə kömək edəcək.

Medianews.az

Bizə qoşulun