Medianews.az
Türkiyəni düşmən elan etdilər
153 baxış

Türkiyəni düşmən elan etdilər

Türkiyə ilə İsrail arasında regional gərginlik daha da artıb. İsrailin Nyu-Yorkdakı Başkonsolosu Ofir Akunis televiziya proqramında çıxışı zamanı Türkiyəni hədəf alan sərt açıqlama verib.

Musavat.com xəbər verir ki, o, “Türkiyə İsrailin düşmənidir” deyərək, Tel-Əvivin rəsmi mövqeyinin heç bir türk əsgərinin Qəzzaya daxil olmaması olduğunu bildirib.

Akunis İsrailin Qəzza və Suriya siyasətindən danışaraq, Qəzzanın gələcəkdə yenidən qurulmasında Türkiyənin hərbi iştirakına qəti şəkildə qarşı çıxıb. O, həmçinin İsrailin Suriyada, xüsusilə Şamla Golan Təpələri arasında “əsgərdən təmizlənmiş zona” yaradılmasını istədiyini açıqlayıb.

Bu açıqlamalar ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın İsrailə planlaşdırılan səfəri ərəfəsində səsləndirilib. Barrakın danışıqlarında Qəzza və Suriya mövzularının əsas gündəm olacağı gözlənilir.

Beynəlxalq mediaya görə, İsrail xüsusilə Türkiyənin mümkün beynəlxalq sülhməramlı gücdə iştirakından narahatdır. Ekspertlər Tel-Əvivin bu mövqeyini Ankaranın bölgədəki güclü təsiri ilə əlaqələndirirlər.

Bizə qoşulun