İran Prezidentinin qızı və kürəkəninin Almatıda brend mağazada alış-veriş etməsi sosial şəbəkələrdə geniş müzakirə doğurub.
Məsud Pezeşkian Qazaxıstana ötən həftə yollanmışdı.
"Bunlara bax, dolların məzənnəsinin açıq bazarda 130 min tümənə çatdığı bir vaxtda alış-veriş edirlər!", - deyə istifadəçilərin bir çoxu cütlüyü hədəfə alıb.
Yeri gəlmişkən, Zəhra Pezeşkian və Həsən Məcidinin baş vurduğu "Tarbiya" brend mağazası onların gəlişindən reklam kimi istifadə edib./Yenisabah.az/