Medianews.az
Yaponiya milli süni intellektini yaradır:
67 baxış

Yaponiya milli süni intellektini yaradır: 19 milyard dollar

Yaponiya hökuməti özəl sektorla birlikdə milli süni intellekt modelini yaratmaq üçün 3 trilyon yen (təxminən 19 milyard dollar) xərcləmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Birgə inkişafda “SoftBank” kimi nəhənglər də daxil olmaqla 10-dan çox yerli şirkət iştirak edəcək.

Nəşrin məlumatına görə, hökumət xərclərin təxminən üçdə birini ödəmək niyyətindədir. Qalan hissəsi isə özəl firmalar tərəfindən maliyyələşdiriləcək.

Yaponiyanın öz süni intellektinin inkişafına 2026-cı ildə başlanılması gözlənilir. Buraya qabaqcıl məlumat mərkəzlərinin tikintisi də daxil olacaq.

Bizə qoşulun