Medianews.az
Ukrayna sülh sazişi üçün
74 baxış

Ukrayna sülh sazişi üçün "yeni cəbhə" açır

Son bir neçə həftə ərzində Ukrayna Rusiyanın “kölgə donanması”na aid neft tankerlərinə qarşı pilotsuz uçuş aparatlarından dörd dəfə istifadə edib. Bu, dənizdə müharibəni daha da gərginləşdirib və Ukrayna xüsusi xidmət orqanlarının getdikcə daha cəsarətli hücumlar həyata keçirdiyini, həmçinin bu hücumlara görə məsuliyyəti açıq şəkildə üzərinə götürdüyünü göstərir.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.

Nəşr qeyd edir ki, gəmilərdən biri cümə axşamına keçən gecə Aralıq dənizində, Ukraynadan 1900 kilometrdən çox məsafədə PUA ilə vurulub. Digər üçü isə Qara dənizdə dəniz dronları ilə hücuma məruz qalıb. Bunlar Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalına başlamasından bəri Ukraynanın sanksiya rejimini pozan Rusiya neft tankerlərinə qarşı həyata keçirdiyini etiraf etdiyi ilk hücumlardır.

Həmçinin bildirilib ki, son 10 gün ərzində Xəzər dənizində Rusiya neft hasilatı platformalarına dörd dəfə hücum edilib.

NYT bütün bu hücumlarla Ukraynanın sülh sazişi üçün "yeni cəbhə" açdığını vurğulayıb.

Bizə qoşulun