“Putinin dünənki 4-5 saatlıq çıxışından və sual-cavablardan bir neçə qənaətə gəlmək olar”. Professor, əməkdar jurnalist Qulu Məhərrəmli Medianews.az-a açıqlamasında belə deyib.

Qulu Məhərrəmlinin fikrincə, əsas qənaətlər bunlardır:
- Ukrayna ilə heç bir sülh danışığı, güzəşt və saziş olmayacaq.
- Ukrayna müharibəsini udsa, Putin SSRİ-ni bərpa etməyə çalışacaq.
- Putinin ABŞ Prezidenti Donald Trampla qəti anlaşması və əminliyi var ki, NATO Rusiyaya qarşı vuruşmayacaq, ABŞ Avropanı tək qoyacaq.
- Rusiyanın Qərbdəki pullarının Ukraynaya verilməsinin (Avropa ilə) haqq-hesabını çəkəcək.
Q.Məhərrəmli vurğulayıb ki, başqa qənaətlər də söyləmək olar: “Amma əsas nəticə budur ki, bu gün Putin Rusiyası dünyada sülh və dinc yaşayış üçün ən böyük təhlükədir!”
Medianews.az