Rusiyada 62 yaşlı taksi sürücüsü 17 yaşlı məktəbli qızı döyüb.
Medianews.az xəbər verir ki, hadisə Maqnitoqorsk şəhərində baş verib.
Sürücü bağçılıq xidmətinə getmək istəmədiyi üçün səfəri ləğv etməyi tələb edib. Lakin qız telefonunun batareyası bitdiyi üçün bunu edə bilməyib. Nəticədə kişi qəzəblənib və məktəbliyə hücum edib.
Qızın bədənində qançırlar yaranıb.
Hadisə başqa bir avtomobilin videokamerasında qeydə alınıb.
Polis sürücünün şəxsiyyətini müəyyən edib və araşdırma aparılır.
Medianews.az