Medianews.az
Tailandda kranın qatarın üzərinə aşması nəticəsində
98 baxış

Tailandda kranın qatarın üzərinə aşması nəticəsində ölənlərin sayı ARTDI

Tailandda tikinti kranının sərnişin qatarının üzərinə düşməsi nəticəsində həlak olanların sayı 29-a çatıb.

"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Son məlumatlara əsasən, yaralananların sayı 67-yə çatıb.

"Khaosod" qəzetinin yazdığına görə, artıq yaralanan 54 nəfərin kimliyi müəyyən edilib.

Hadisə yerindən meyitlərin çıxarılması işləri davam edir.

Bizə qoşulun