Sumqayıt şəhərində yaşıllıq sahələrinin genişləndirilməsi və abadlaşdırılması məqsədilə işlər görüləcək.
BAKU.WS-in məlumatına görə, layihənin ümumi dəyəri 665.679,30 manat təşkil edir.
Satınalma çərçivəsində şəhər ərazisində müxtəlif dekorativ bitkilərin və ağacların əkilməsi planlaşdırılır.
Siyahıya aşağıdakı bitkilər daxildir:
Qızıl gül – 25 min ədəd (çəhrayı, ağ, qırmızı rənglərdə, 2–3 illik, 25–30 sm hündürlükdə);
Xrizantema – 25 min ədəd (ağ, qırmızı, sarı, çəhrayı, 15–25 sm hündürlükdə);
Primula – 40 min ədəd (ağ və qırmızı rənglərdə, 15–20 sm hündürlükdə);
Kalendula – 17 min ədəd;
Brassica (dekorativ kələm) – 15 min ədəd;
Leylandr (hündürlüyü 2,5–3 metr olan iynəyarpaqlı bitki) – 700 ədəd.
Layihənin icrası nəticəsində Sumqayıtın park və istirahət zonalarında yaşıllıq balansının artırılması, həmçinin ekoloji mühitin yaxşılaşdırılması nəzərdə tutulur. Yeni əkiləcək bitkilər şəhərin əsas prospektləri, bulvar və yaşayış massivlərində yerləşəcək.