Medianews.az
Şair Əlisəmid Kürün reanimasiya şöbəsindən FOTOLARI YAYILDI
890 baxış

Şair Əlisəmid Kürün reanimasiya şöbəsindən FOTOLARI YAYILDI

Son günlər səhhətində ciddi problemlər yaranmış şair Əlisəmid Kürün Bakıda müalicə aldığı xəstəxananın reanimasiya şöbəsindən fotoları yayılıb.

Medianews.az xəbər verir ki, fotoları şairin dostu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev sosial media hesabında yerləşdirib.

Umud Mirzəyev bildirib ki, şairi reanimasiya şöbəsində ziyarət edib və həkimlərin səyi nəticəsində Əlisəmid Kürün durumunun ümidverici olduğu qənaətinə gəlib: “Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi də Əlisəmid Kürün sıralarımıza qayıtması ücün öz imkanları daxilində mümkün olan hər şeyi edir. Amma reallıq ondan ibarətdir ki, bu gün şairin həyatda qalması üçün yaxınlarının, dostlarının, AYB və dövlət qrumlarının həmrəylik nümayiş etdirməsinə, ona hərtərəfli dəstək olmasına ehtiyac var. Biganə qalmayın, dostlar”.

Əlisəmid Kür 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. 1971-ci ildə Salyanda orta məktəbi, 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. 

Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, Azərbaycan Teatr Muzeyində, Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları Bürosunda, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, "Yol" ədəbiyyat qəzetində çalışıb. 1991-1994-cü illərdə "Yol" qəzetinin baş redaktoru olub. Ə.Kür hazırda “Xəzər” dünya ədəbiyyatı dərgisində işləyir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun