Medianews.az
"Sabah"ın baş məşqçisi: "Yaxşıya doğru dəyişəcəyimizə inanıram"
183 baxış

"Sabah"ın baş məşqçisi: "Yaxşıya doğru dəyişəcəyimizə inanıram"

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas komandasının yaxşı doğru dəyişəcəyinə inanır.

"Report" xəbər verir ki, bu barədə adıçəkilən mütəxəssis Misli Premyer Liqasının X turunda "Qəbələ"yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında bildirib.

O, qalib gəldikləri matç barədə danışıb:

"Qələbə münasibətilə hər kəsi təbrik edirəm. Çox çətin oyun alındı. Döyüşkən komandaya qarşı oynadıq. Sürətli futbolçulara sahib komanda ilə oynamaq bizim üçün çətin oldu. İlk hissədə çox təhlükəli vəziyyətlər yaratdılar. Biz çalışırdıq ki, rəqibi qapımızdan daha uzaq saxlayaq. Çox şadam ki, bu oyunda qapımızı toxunulmaz saxladıq və 3 xalı əldə etdik. Daha çox oyunlarımız var. Yaxşıya doğru dəyişəcəyimizə inanıram".

Bizə qoşulun