Medianews.az
“Qarabağ” Antalyaya yollanacaq
79 baxış

“Qarabağ” Antalyaya yollanacaq

Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.

Bakupost.az xəbər verir ki, Ağdam klubunun 2025/26 mövsümünün ikinci hissəsinə hazırlığı iki mərhələdən ibarət olacaq.
Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçular 2026-cı ilin yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.
“Qarabağ” yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki “Gloria Sports Arena”da təlim-məşq toplanışını davam etdirəcək.
Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, komandamız yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayntraxt”a qarşı keçirəcək.

Bizə qoşulun