Medianews.az
Putinin Türkiyəyə səfəri gözlənilir
138 baxış

Putinin Türkiyəyə səfəri gözlənilir

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfəri gözlənilir.

Sfera.az xəbər verir ki, bu barədə “RİA Novosti” türk diplomatik mənbəsinə istinadən məlumat yayıb.

“Rusiya liderinə dəvət ən yüksək səviyyədə elan edilib. Biz bu səfəri səbirsizliklə gözləyirik və ümid edirik ki, gələn il həyata keçiriləcək”, - agentliyin mənbəsi bildirib.

Səfərin gələn il baş tutacağı bildirilsə də, dəqiq tarix açıqlanmayıb.

Qeyd edək ki, dekabrın 12-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Türkiyəyə səfər etmək dəvət aldığını açıqlayıb.

Bizə qoşulun