Medianews.az
Noyerə nə olub? -
69 baxış

Noyerə nə olub? - "Bayern" açıqladı

“Bayern”in qapıçısı və kapitanı Manuel Noyer zədələnib.

Publika.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bundesliqanın 14-cü turunda “Maynts”la oyundan (2:2) sonra aparılan müayinələr nəticəsində qapıçının sağ budunun arxa hissəsində əzələ liflərinin qopması aşkarlanıb. 39 yaşlı futbolçunun bərpa müddəti ilə bağlı klub konkret tarix açıqlamayıb.

"Kicker" nəşrinin məlumatına görə, Noyerin 21 dekabrda “Haydenhaym”a qarşı keçiriləcək 2025-ci ilin son oyununu buraxacağı dəqiqdir.

Bizə qoşulun