Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.
Medianews.az xəbər verir ki, Qəhrəmanın cənazəsi Dövlət Himninin sədaları və yaylım atəşi altında dəfn edilib.
Mərasimdə Şahin Tağıyevin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, o, ötən il dekabrın 29-da İsveç Krallığının Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.