Medianews.az
Məsuliyyətsiz sürücünün səhvi 2 yaşlı Leylanın ölümünə səbəb oldu -
84 baxış

Məsuliyyətsiz sürücünün səhvi 2 yaşlı Leylanın ölümünə səbəb oldu - VİDEO

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda baş verən faciəvi hadisə ölkə gündəmini sarsıdıb.

Medianews.az xəbər verir ki, rayonun Hürriyət məhəlləsində çatdırılma edən yük maşınının sürücüsü iki yaşlı Leyla Şaylını görməyərək yerə yıxıb.

Hadisədən sonra vəziyyəti gec anlayan sürücü azyaşlını dərhal Suruç Dövlət Xəstəxanasına aparıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, balaca Leylanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kamerasına düşüb. Kadrlarda yük maşınının hərəkət etdiyi an və uşağın fəlakətli şəkildə təkərin altında qaldığı görünür.

Qəza ilə bağlı araşdırma başladılıb, hadisənin təfərrüatları və ehtimal edilən səhlənkarlıq istiqamətində istintaq davam edir. Yük maşınının sürücüsü isə polis tərəfindən saxlanılıb.

Medianews.az

Bizə qoşulun