Medianews.az
Məşhur iş adamı qəbiristanlıqda asılmış vəziyyətdə tapıldı
93 baxış

Məşhur iş adamı qəbiristanlıqda asılmış vəziyyətdə tapıldı

Türkiyədə Karamürsel və Kocaeli dənizçilik sənayesində tanınmış iş adamı R.O. Yalovanın Altınova rayonundakı qəbiristanlıqda asılmış vəziyyətdə tapılıb.

Medianews.az xəbər verir ki, 46 yaşlı gəmi sahibinin ölümü bölgə ictimaiyyətini sarsıdıb.

Məlumatlara görə, bir müddətdir ondan xəbər ala bilməyən R.O.-nun ailəsi və yaxınları narahat olaraq axtarış aparmağa başlayıblar. Dünən axşam saat 20:35 radələrində aparılan axtarış nəticəsində R.O. atasının məzarının yerləşdiyi qəbiristanlıqda asılmış vəziyyətdə tapılıb. Hadisə barədə dərhal 112 Təcili Yardım Mərkəzinə məlumat verilib.

Hadisə yerinə gələn tibb işçiləri R.O.-nun artıq həyatını itirdiyini müəyyən ediblər. Polis ərazidə təhlükəsizlik tədbirləri görüb və ilkin araşdırmalara başlayıb. Prokurorun iştirakı ilə aparılan baxışdan sonra R.O.-nun cəsədi ekspertiza üçün Yalova Təlim və Araşdırma Xəstəxanasının morquna göndərilib.

Uzun illər Karamürsel, Altınova və Kocaeli bölgələrində dənizçilik sektorunda fəaliyyət göstərən, hörmət və etibar qazanan iş adamının faciəvi ölümü dənizçilik icmasında dərin kədər yaradıb.

Medianews.az

Bizə qoşulun