Medianews.az
Qırğızıstanda seçki: Kremlə bağlı medianı nə narahat edir?
947 baxış

Qırğızıstanda seçki: Kremlə bağlı medianı nə narahat edir?

Qırğızıstanda noyabrın 30-da növbədənkənar parlament seçkiləri keçiriləcək. 90 yerlik parlamentə 530 namizəd var.

Politoloq Elxan Şahinoğlunun Medianews.az-a bildirdiyinə görə, Kremlə bağlı media bu seçkilərlə bağlı bir neçə məqama diqqət çəkir: “Birincisi, Qırğızıstanda millətçi şüarların artdığını və deputatlığa namizədlər arasında rusdilli əhalinin təmsil olunmadığını yazırlar. Kreml qonşu ölkələrdəki əhalini müxtəlif “hissələrə” bölmək şakərindən hələ də imtina etmir. “Rusdilli əhali” nə deməkdir? Qırğızıstanda yaşayan və bu ölkənin vətəndaşı olan hər kəs qırğız dilini bilməlidir. 2023-cü ildə Qırğızıstan parlamenti “Qırğızıstan Respublikasının dövlət dili haqqında” qanun qəbul edib. Bu qanuna görə, qırğız dilinin istifadəsi məcburidir. Prezident Sadır Japarovun bu məsələylə bağlı qəti mövqeyi var: “Qırğız dili varkən sənədləri rus dilində aparmaq düzgün deyil”.

Buna baxmayaraq, Kremlə bağlı media qonşu ölkələrdə “rus dili” və “rusdilli əhali” tezislərindən imtina etmir”.

Politoloq vurğulayıb ki, Kremlə bağlı medianı Qırğızıstanda narahat edən başqa məqam bu ölkənin Çinlə əlaqələrini genişləndirməsidir: “İndi guya Rusiya və Çin strateji tərəfdaşdırlar. Reallıqda isə Kreml Çinin Mərkəzi Asiya ölkələrində mövqelərinin möhkəmlənməsini narahatlıqla izləyir, bunun qarşısını almaqda isə acizdir”.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun