Aparıcı və müğənni Seda Sayan müğənni Güllü ilə bağlı diqqət çəkən açıqlama verib.
Medianews.az xəbər verir ki, o, bir müddət Güllünün övladları Tuğyan Ülkem və Tuğberk Yağızın məktəb təhsil haqqını özü ödəyini açıqlayıb.
S.Sayan bu etirafı ilk dəfə ictimai şəkildə səsləndirdiyini deyərək, söylədiklərinə görə məyus olduğunu vurğulayıb. Onun sözlərinə görə, Güllünün maddi çətinlik yaşadığı dövrdə övladlarının təhsil xərcləri bu yolla qarşılanıb.
Qeyd edək ki, Güllünün Yalovadakı evinin altıncı mərtəbəsindən yıxılaraq həyatını itirməsi ilə bağlı aparılan istintaq çərçivəsində qızı Tuğyan Ülkem Gülter həbs edilib. Seda Sayan hadisədən əvvəl Güllünün övladlarının onun proqramına qatılmaq istədiklərini də açıqlayıb.
S.Sayan baş verənlərə görə dərin təəssüf hissi keçirdiyini bildirib və “Kaş bunlar yaşanmasaydı” deyə qeyd edib.
Medianews.az