Medianews.az
Nəriman Həsənzadənin son durumu
56 baxış

Nəriman Həsənzadənin son durumu açıqlandı

Xalq şairi Nəriman Həsənzadə bayram ərəfəsi xəstəxanadan evə buraxılacaq.

Bu barədə Musavat.com-a şairin köməkçisi Arif Mehmandost məlumat verib.

Onun sözlərinə görə, N. Həsənzadənin səhhətində irəliləyiş var:

“Vəziyyəti yaxşıdır, özünü normal hiss edir. Həkimlər istəyir ki, Yeni il öncəsi onu evə buraxsınlar. Səhhətində xeyli irəliləyiş var”.

Qeyd edək ki, 94 yaşlı şair uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir. Xalq şairi hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə alır. Bundan öncə o, ürəyindən əməliyyat olunmuşdu.

Bizə qoşulun