İstanbul Polis İdarəsinin Təşkilatlanmış Cinayətlərə Qarşı Mübarizə Şöbəsi 2025/219794 saylı istintaq çərçivəsində genişmiqyaslı narkotik əməliyyatı həyata keçirib.
Medianews.az xəbər verir ki, əməliyyat 18 dekabr 2025-ci il tarixində keçirilib.
Aktrisa Ezgi Eyüboğlu da saxlanılanlar arasında olub.
Ümumilikdə 8 şübhəli, narkotik ticarəti və istifadəsi, fahişəliyə təşviq və vasitəçilik, həmçinin icazəsiz silah saxlama kimi ittihamlarla saxlanılıb.
İstintaq çərçivəsində ittihamlar belədir:
- Eser Küçükerol və İsmail Ahmet Akçay – narkotik maddələrin istehsalı və ticarəti,
- Saadet Ezgi Eyüboğlu – narkotik maddə alma və saxlama,
- Yiğit Macit, Mehmet Ali Gül, Gizem Türedi və Mehmet Güçlü – fahişəliyə təşviq və vasitəçilik,
- Saim Macit – silah qanunvericiliyinin pozulması.
Şübhəlilərin evlərində aparılan axtarış zamanı 1 icazəsiz, 1 icazəli və 1 pnevmatik silah, müxtəlif kalibrli güllələr, 111 kapsul Lyrica tableti, 4 hissə kristal narkotik, 51 kartuş qutu, 5 likid maddə, həmçinin çox sayda narkotik istifadə vasitəsi və üyüdücü aşkar edilərək götürülüb.
Medianews.az