Medianews.az
Elektron siqaretlər onkoloji xəstəliyə
67 baxış

Elektron siqaretlər onkoloji xəstəliyə səbəb olur?

"Elektron siqaretin onkoloji xəstəliyin yaranmasına da təsirləri var. Son illərdə onkologiya xəstələrinin sayı artır. Ola bilsin ki, bu da səbəblərdən biridir".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Əlibala Məhərrəmzadə deyib.

O bildirib ki, bu siqaretlər tütünlə bağlı olmadığı üçün bizə iqtisadi olaraq xeyrindən çox ziyanı var:

"Birmənalı olaraq elektron siqaretlərin Azərbaycanda təbliğatının, satışının, reklamının qadağan edilməsinin tərəfindəyəm. Çünki marketinq səbəbindən də insanlar buna meyil edirlər. Bizim xanımlarımız da kifayət qədər bundan istifadə edirlər. Bu, hər yerdə müşahidə olunur. Bu da çox pis haldır".

Bizə qoşulun