Medianews.az
Meksika parlamentində qalmaqal -
57 baxış

Meksika parlamentində qalmaqal - Şura üzvləri arasında dava kameraya düşdü

Meksikanın paytaxtı Mexiko şəhərində keçirilən şəhər şurasının iclasında qalmaqallı hadisə baş verib. PAN və MORENA partiyalarını təmsil edən şura üzvləri arasında yaranan mübahisə fiziki davaya çevrilib.

BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, insident şəxsi məlumatlarla məşğul olan "şəffaflıq agentliyi"nin ləğvi və onun yerinə yeni qurumun yaradılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı baş verib. Müzakirələr gərginləşdikdən sonra tərəflər əsas kürsü ətrafında bir-birilərinə qarşı aqressiv davranış nümayiş etdiriblər.

Hadisə zamanı PAN və MORENA partiyalarının qadın üzvləri - Daniela Alvarez, Yuriri Ayala, Martha Avila, Rosario Morales və Claudia Perez arasında qarşıdurma yaşanıb. Onların bir-birini itələdiyi, saçlarını dartdığı və yüksək səslə mübahisə etdiyi anlar kameraya düşüb. Digər şura üzvləri davanı ayırmağa çalışsa da, bəziləri baş verənləri mobil telefonlarla lentə alıb.

Qeyd edək ki, qalmaqallı dava şəhər şurasının rəsmi iclası zamanı baş verdiyindən hadisə ictimaiyyətdə geniş rezonans doğurub. Hazırda insidentlə bağlı hər hansı rəsmi açıqlama verilməyib.

Bizə qoşulun