Medianews.az
Azərbaycanla Türkiyə arasında rəqəmsal sığorta tanınması –
335 baxış

Azərbaycanla Türkiyə arasında rəqəmsal sığorta tanınması – TƏŞƏBBÜS İRƏLİ SÜRÜLÜB

Bu həftə Bakıda sığorta texnologiyalarına həsr olunmuş beynəlxalq “Türk Dövlətləri İnsurtech Zirvəsi 2025” konfransı keçirilib.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov tədbirdə “Transsərhəd Rəqəmsal Sığorta Tanınması” təşəbbüsünü irəli sürüb.

Elvin Abbasovun Medianews.az-a bildirdiyinə görə, bu konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan və Türkiyə arasında rəqəmsal sığorta inteqrasiyası təmin olunsun, yəni vətəndaşın xaricdə aldığı sığorta polisini qarşı tərəfin e-hökumət sistemi avtomatik tanısın: “Məqsəd sığorta şirkətləri və səhiyyə qurumları arasında məlumat mübadiləsini, rəqəmsal harmoniyanı və dərhal tibbi xidmət imkanını yaratmaq idi.

Bu ideya vətəndaşın Türkiyədə aldığı səyahət sığortasının Azərbaycan xəstəxanaları tərəfindən rəqəmsal şəkildə tanınmasını (və əksinə) nəzərdə tutur. Belə bir təklif ilk dəfə mənim tərəfimdən irəli sürüldü.

Məsələni ictimailəşdirmək məqsədilə bəzi jurnalist yoldaşlara müraciət etdim. Dedim ki, bu mövzunu Türkiyə rəsmilərindən biri ilə mən müzakirə edim, jurnalist yoldaşlar isə mövzunu analitik xəbər formatında təqdim etsinlər. Təəssüf ki, həmin material sonradan mənim ideyam və iştirakım çıxarılmaqla, başqa şəxsin fikri kimi təqdim olundu.

Bu, sadəcə fikir məsələsi deyil. Azərbaycan və Türkiyə arasında rəqəmsal sığorta tanınması istiqamətində strateji innovasiya modelidir.

İctimai əhəmiyyəti olan belə təşəbbüslərin müəllifliyi düzgün göstərilməlidir ki, həm intellektual mülkiyyətə hörmət, həm də peşəkar etika qorunsun”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun