Azərbaycanın tanınmış radioloqu Aydın Əliyevin bank hesabından pul oğurlanıb.
Medianews.az xəbər verir ki, Aydın Əliyev hadisə ilə bağlı özünün sosial media hesabında belə bir açıqlama yayıb:

“Kapitalbank” kartımdan məndən xəbərsiz, icazəsiz, bildirişsiz 136 manat pul oğurlayıblar. Qaynar xəttə zəng etdim, dedilər ki, Çexiyadan hansısa haker edib. Artıq heç bir onlayn prosesə etibar yoxdur, hamısını blokladım.
Əgər hansısa bank müştərisinin hesabını qoruya bilmirsə, yalandan reklam edib insanları onların hesablarından istifadə etməyə təşviq etməsinlər. Yüzlərlə insanın bank hesabına müdaxilə edirlər, müştərilərinizin hesablarını niyə sığortalamırsız? Artıq heç birinizə etibar yoxdur! Etibarınızı itirirsiz və bu, sizi uğursuzluğa aparır. İnsanların əlində-hesabında olan qəpik-quruş da əllərindən çıxır. Çox təəssüf”.
Toğrul Əli,
Medianews.az