Dövlət Statistika Komitəsinin hesabatına görə, 2025-ci il dekabrın 1-nə Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 9,3 faiz artaraq 1089,2 manata çatıb.
Ölkədə minimum aylıq əməkhaqqı 400 manatdır.
Medianews.az bildirir ki, Azərbaycanda pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir.
Kişilər 65, qadınlar 64 yaş yarımda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadınların da pensiya yaşı 65-ə qalxacaq.
Əmək pensiyasının minimum məbləği 320 manatdır.