Medianews.az
Xəbərdarlıq: Bu mesencerdə yeniyetmələr daha çox
858 baxış

Xəbərdarlıq: Bu mesencerdə yeniyetmələr daha çox cinayətə cəlb olunurlar

Yeniyetmələr və uşaqlar ən çox "Telegram"da cinayət əməllərinə sövq edilirlər.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Nəşr Rusiya Daxili İşlər Nazirliyinin dərc etdiyi materiallara istinad eib. Qeyd edilib ki, yeniyetmələr vakansiyalar və botlar olan qapalı kanallardan istifadə edən zaman tələyə düşürlər. Onlar "verbovka" olunur və nəticədə cinayət fəaliyyətinə cəlb edilirlər.

“Xüsusən də "Telegram" mesenceri azyaşlıların ələ alınması üçün əsas platformadır”, - məqalədə yazılıb.

Rusiya Daxili İşlər Nazirliyinin mütəxəssisləri qeyd ediblər ki, anonim söhbətlər, “qazanc” və asan gəlirləri müzakirə edən anonim qruplar, o cümlədən qapalı kanallar cinayət aləti kimi aktiv şəkildə istifadə olunur.

Bundan əlavə, Nazirliyin materiallarında deyilir ki, ələ alan botlar həm də “iş təklifləri” göndərən avtomatlaşdırılmış botlardır.

Mütəxəssislər digər məsələlərlə yanaşı onu da bildiriblər ki, fırıldaqçılar “VKontakte” və “Odnoklassniki” kimi sosial şəbəkələrdən, həmçinin darknet forumlarından, oyun çatlarından və Discord kimi səs serverlərindən istifadə edərək yeniyetmələrlə ünsiyyətə başlayırlar.

Bizə qoşulun