Medianews.az
Türkiyə futbolunda qalmaqal:
102 baxış

Türkiyə futbolunda qalmaqal: Klubun taktiki planları rəqiblərə ötürüldü

"Keçən həftə Türkiyə Superliqasında "Başakşəhər"ə qarşı matçdan əvvəl klubumuzda işləyənlərdən biri bütün məlumatları rəqib baş məşqçi Nuri Şahinə çatdırıb".

Milli.Az xəbər verir ki, bunu "Antalyaspor" klubunun baş məşqçisi Erol Bulut deyib.

O, ölkə çempionatı çərçivəsində noyabrın 3-də "Eyüpspor"la səfər oyunundan əvvəl də eyni hadisənin yaşandığını vurğulayıb:

"Bütün taktiki planlarımız, topla necə oynayacağımız, hücumda nə edəcəyimiz ilə bağlı məlumatlar da "Eyüpspor"un baş məşqçisinə çatdırılıb. Klubun çörəyini yeyib xəyanət edənlər komandadan uzaqlaşdırılmalıdır. Onun kim olduğunu yaxın zamanda tapacağıq".

Bizə qoşulun