Türkiyənin Dənizli vilayətində yaşayan bir ata 12 övladına Türk tarixi və dastanlarından ilhamlanaraq adlar verib.
Medianews.az xəbər verir ki, Oğuzhan, İlbilge, Alper Tunga, Aybars Pusat, Selenge Senem, Aybike Halime, Hazercan Neşe, Ramazan Kürşat, Alperen Koray, Kurtcebe Noyan, Subutay Noyan və Börübars Sancar kimi adlar sosial mediada böyük maraq doğurub.
Türk mədəniyyəti və tarixi motivlərdən qaynaqlanan bu adlar qısa zamanda sosial şəbəkələrdə trendə çevrilib. Minlərlə istifadəçi paylaşım altında şərh yazaraq atanın seçimlərini “Türk tarixinə və mədəniyyətinə sədaqət nümunəsi” kimi qiymətləndirib.
Bu qərarın Türk adlarının mənəvi dəyərinin qorunması baxımından təqdirəlayiq olduğu vurğulanıb.
Hadisə qısa müddətdə Türkiyə mediasında və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Medianews.az