Medianews.az
Saatlıq iş rejimi Azərbaycanda nə vaxt tətbiq olunacaq? -
66 baxış

Saatlıq iş rejimi Azərbaycanda nə vaxt tətbiq olunacaq? - AÇIQLAMA

"Saatlıq iş rejiminin tətbiqi ilə bağlı artıq iki ilə yaxındır ki, müzakirələr aparılır və bu, konsepsiyada əsas istiqamətlərdən biri kimi qeyd olunub".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramovun sözlərinə görə, bu mexanizmin tətbiqi, xüsusən inkişaf etmiş ölkələrdə praktikadan keçirildiyini nəzərə alaraq, Azərbaycanda da məqsədəuyğundur:

"Mexanizm tam hazır olduqdan sonra onun tətbiqi mümkün olacaq. Müzakirələrin rəsmi səviyyədə davam etməsi Azərbaycanın saatlıq iş rejiminə keçidi planlaşdırdığını göstərir. Tətbiqin vaxtı isə mexanizmin hazır olmasından asılıdır".

Bizə qoşulun