Medianews.az
Rusiyanın MDB ilə bağlı yeni strategiyası –
585 baxış

Rusiyanın MDB ilə bağlı yeni strategiyası – Alınacaqmı?

Rusiya Müstəqil Dövlət Birliyi (MDB) ilə bağlı yeni strategiya ortaya qoyub.

MDB dövlət başçılarının Tacikistanda növbəti sammiti keçiriləcək. Rusiya MDB ölkələri arasında siyasi-iqtisadi və hərbi əməkdaşlıq əlaqələrini yeni formatda inkişaf etdirmək üçün sənədlər hazırlayıb. Sammitin yekununda bir sıra sənədlər qəbul ediləcək.

Nəzərə alaq ki, MDB amorf qurumdur. Rusiya üzv ölkələr ilə qarşılıqlı etimada əsaslanan siyasət aparmır. Rusiya qəbul ediləcək sənədlərə siyasi-iqtisadi, hərbi-təhlükəsizlik və sərhədlərin xarici təhdidlərə qarşı qorunması kimi bəndlər yerləşdirib.

Rusiya MDB ilə bağlı yeni strategiya qəbul edib. Rusiyanın bu siyasəti səmərə verməyəcək. Çünki Rusiya bu sənədlərlə öz moderatorluğunu qabardır və Moskva ilə birbaşa koordinasiyalı siyasəti özündə ehtiva edir. Üzv ölkələrin xarici siyasət gündəmi var. Tacikistandan fərqli olaraq üzv ölkələr öz siyasətlərini Rusiya ilə məsafəli saxlayır.

Xüsusilə Rusiyanın MDB ölkələrindən olan miqrantlara qarşı qanunları sərtləşdirməsi, Qazaxıstana ərazi iddiaları, Özbəkistanın cəzalandırılması kimi addımlar Moskvaya etimadı aşağı səviyyəyə endirib.

Rusiya Ukraynada kifayət qədər strateji məğlubiyyətə uğrayır. MDB üzvü olan Ukraynanın ərazi bütövlüyünü pozaraq işğal siyasəti aparır. Azərbaycanın mülki təyyarəsini vurub. Ermənistanda seçki öncəsi müxalifətə dəstək verərək, hakimiyyət çevrilişinə cəhd edir. Belə olan təqdirdə Rusiyanın MDB-ni dirçəltmək siyasəti mümkün olmayacaq.

Rusiya hazırda qəbul etdiyi daxili qanunlarla qonşuları ilə təcrid siyasətinə keçir. Mərkəzi Asiya və Cənubi Qafqazdan miqrantları qəbul etmir. Hər iki regionun ölkələri ilə münasibətlər hamar deyil.

Həmçinin Qərblə geosiyasi müharibə aparır. Ermənistan Qərbyönlü siyasət aparır. Cənubi Qafqazda yeni geosiyasi nizam qurulur. Türk Dövlətləri Təşkilatı Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni hərbi və iqtisadi layihələr reallaşdırır. ABŞ Zəngəzur dəhlizinə nəzarət edəcək. Ona görə də MDB ölkələrini öz ətrafında birləşdirib, yeni geosiyasi güc yaratmaq imkanları məhduddur.

Məhəmməd Əsədullazadə,
siyasi şərhçi

Bizə qoşulun