Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlar Biləsuvar gömrük postunda problemlə üzləşib.
Sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda qalıb.
Vətəndaşlardan biri bununla bağlı video çəkib. O bildirib ki, saatlardır soyuq havada gözləyirlər: "Saat 04:27-dən buradayıq. Keçidimizə icazə verilmir. Xəstələr, uşaqlar var. İnsanlar əziyyət çəkir. Lakin hər hansı məlumat verilmir, səbəbini bilmirik".
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanlanıb.
Həmin görüntüləri təqdim edirik:( Baku.ws)