“Ramiz Mehdiyevin həbsi məsələsinə ictimaiyyət necə yanaşır?” - “Yeni Azərbaycan” qəzetinin bazasında fəaliyyət göstərən “Yeni Azərbaycan TV” onlayn kanalı bu mövzuda süjet hazırlayıb.
Medianews.az xəbər verir ki, videomaterialda paytaxt Bakıda aparılan sorğunun nəticələri təqdim edilib.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ağır cinayətlərdə (hakimiyyəti zorla ələ keçirmə cəhdi, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) ittiham edilir. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır, Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsi 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
“Yeni Azərbaycan” qəzeti hakim Yeni Azərbaycan Partiyasının orqanıdır. Qəzetin baş redaktoru filologiya elmləri namizədi, Əməkdar jurnalist Alqış Həsənoğludur.