Medianews.az
Naxçıvanda gənc oğlan qıza görə
152 baxış

Naxçıvanda gənc oğlan qıza görə dostunu bıçaqladı

Naxçıvanda 22 yaşlı gənc qıza görə dostunu bıçaqlayıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Naxçıvan şəhərində baş verib.

Şəhər sakini, 2003-cü il təvəllüdlü Samir Məmmədov (soyad şərtidir) ailəvi dost olduğu Əkrəm və Adəmlə kafedə yeyib-içiblər. Daha sonra Samirin dostu Sərxan ona zəng edərək, yeyib-içmək istədiyini bildirib. Samir Sərxanla birlikdə Əkrəmgilə gəlmək istədiyini bildirsə də, Əkrəm buna razılıq verməyib.

Samir Sərxanla birlikdə kafedə yeyib-içdikdən sonra Sərxanı evlərinə yola salıb, özü isə evlərinə gedib. O, evdən Əkrəmə zəng vurub, ona qarşı hörmətsizlik etməsinin səbəbini soruşub. Əkrəm isə onun evinə qızla gəlməsini istəmədiyini bildirib. Hadisədən əsəbiləşən Samir taksi ilə Əkrəmin evinə gedib. O, Adəmin də Əkrəmin evində olduğunu görüb, Adəmdən evdən çıxmasını xahiş edib. Adəm evdən çıxıb, həyətdə gözləyib. Samir otaqda Əkrəmlə mübahisəni davam etdirib və əsəbi halda evdə olan boşqabları divara vurub qırıb. O, daha sonra üzərində gətirdiyi bıçaqla Əkrəmi vurub.

Daha sonra Samir Adəmlə birlikdə Əkrəmi təcili tibbi yardım çağıraraq, xəstəxanaya aparıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyata Samir saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Məmmədova hökm oxunub. Məhkəmənin hökmü ilə o, dörd il azadlıqdan məhrum edilib.

Bizə qoşulun