Medianews.az
Metroda niqabını çıxartmadığı üçün
216 baxış

Metroda niqabını çıxartmadığı üçün SAXLANILDI

Rusiyada qadın sərnişin metroda niqabını çıxarmaqdan imtina edib və polis bölməsinə aparılıb.

Medianews.az xəbər verir ki, hadisə Moskvada baş verib.

Hüquq-mühafizə orqanının əməkdaşı qadından şəxsiyyətini müəyyən etmək üçün sənədlərini göstərməsini istəyib. Metro sərnişini dini inancını əsas gətirərək baş geyimini çıxarmayıb. Onların arasında mübahisə yaranıb.

Qadına polis bölməsinə aparıla biləcəyi barədə xəbərdarlıq edilib. Qadın polis bölməsinə aparılıb və orada da üzü göstərməyib.

Məlumata görə, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarını şikayət etmək istəyib.

Medianews.az

Bizə qoşulun