Medianews.az
KİV: Çin müəssisələri Rusiya neftindən imtina etməyə başlayıblar
131 baxış

KİV: Çin müəssisələri Rusiya neftindən imtina etməyə başlayıblar

Çin neft emalı zavodları ABŞ-nin tətbiq etdiyi sanksiyalar səbəbindən Rusiya neftindən imtina etməyə başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi treyderlərə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-nin oktyabr ayında tətbiq etdiyi sanksiyalar səbəbindən Rusiyanın ESPO premial markalı neftinin qiyməti xeyli aşağı düşüb.

Rusiya neftini almaqdan imtina edənlər arasında "Sinopec" və "PetroChina Co." kimi iri dövlət neft şirkətləri, habelə özəl müəssisələr də yer alır.

Çin şirkətlərinin Rusiya neftindən imtina etməsi və qiymətlərin düşməsi gündəlik təxminən 400 min barel azalmaya səbəb olub ki, bu da Çinin Rusiyadan ümumi yanacaq idxalının 45%-ni təşkil edir.

Bizə qoşulun