Çinli bir kişi 35 ilini mədəsində plastik alışqanla keçirib.
Medianews.az xəbər verir ki, Sıçuan əyalətinin Çendu sakini oktyabr ayında xəstəxanaya müraciət edib.
O, davamlı qarın ağrısı və şişkinlik yaşadığını bildirdi. Həkimlər qastroskopiya zamanı onun mədəsində qara rəngli düzbucaqlı obyekt aşkar ediblər ki, bu da alışqan olub.
Xəstə onun haradan gəldiyini xatırlayıb: “Təxminən 1991 və ya 1992-ci illərdə mən dostumla içki içmişdim və o, mənə alışqan udmağa çağırdı. Mən onu dərhal uddum", - çinli deyib.
Lakin sonradan o, dərman vasitəsi ilə aradan qaldırılan qarın ağrısından başqa heç bir ciddi sağlamlıq problemi yaşamayıb. O, 35 ildir mədəsində alışqan gəzdirdiyini ağlına belə gətirmirdi, onun təbii yolla əriyəcəyinə inanırdı.
Həkimlər həmçinin xəstənin çox şanslı olduğunu bildiriblər ki, alışqan toxunulmaz qalıb. Ondan çıxan qaz mədə şirəsi ilə təmasda olsaydı, bu, orqanın perforasiyasına səbəb ola bilərdi.
Medianews.az