Medianews.az
Ərinin ad günündə üzərinə
62 baxış

Ərinin ad günündə üzərinə kimyəvi maddə tökdü

Taylandda bir qadın 60 yaşını qeyd edən ərinin üzərinə kimyəvi maddə töküb.

Medianews.az xəbər verir ki, hadisə 16 dekabr, gecə saatlarında, Rayonq əyalətində baş verib.

Hadisə yerinə gələn polis və təcili yardım xidmətləri kişini mənzilində tapıblar. Kişinin bədənində ağır kimyəvi yanıqlar olub və o, gözlərini aça və danışa bilməyib. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Qadın hadisə yerində saxlanılıb. Otaqda spirtli içki şüşəsinə bənzəyən kimyəvi qab tapılıb. Məlum olub ki, kişi ad gününü qeyd edirmiş. Həmin gün həyat yoldaşı ilə mübahisə edib və yatmağa gedib. Qadın kişinin bu hərəkətindən inciyib və cinayəti törədib. 

Zərərçəkənin vəziyyəti hələ də məlum deyil. Həyat yoldaşı həbsdədir.

Medianews.az

Bizə qoşulun