“Boşanmalar, dünyaya oğlan uşağı gətirmək istəyi ilə selektiv abortlar, yaxud tək övladla kifayətlənmək qərarları ölkədə demoqrafik vəziyyətə çox pis təsir edir”. Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Medianews.az saytına açıqlamasında belə deyib.
Ekspertin fikrincə, əhalinin təbii artımının hansı vəziyyətə düşdüyü son yeddi tədris ilində I sinfə gedən uşaqların sayında da görünür.
Elçin Əfəndi bildirib ki, 2019-2020-ci tədris ilində 159 min 644 uşaq, 2020-2021-ci tədris ilində 165 min 511 uşaq, 2021-2022-ci tədris ilində 153 min 312 uşaq, 2022-2023-cü tədris ilində 151 min 560 uşaq, 2023-2024-cü tədris ilində 137 min 862 uşaq, 2024-2025-ci tədris ilində 132 min 261 uşaq I sinfə gedib.
2025-2026-cı tədris ili üzrə isə I sinfə gedən uşaqların sayı təqribən 130 min nəfər göstərilir.
E.Əfəndi hesab edir ki, aidiyyəti qurumlar bu məsələni diqqətə almalıdır.
Nailə Qasımova,
Medianews.az